İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Bakıya silah verir, amma konqresmen Vardanyan deyib, “cükküldəyir”

Musavat.com xəbər verir ki, ABŞ Konqresinin nüfuzlu üzvü Bred Şerman Donald Tramp administrasiyasının Azərbaycana hərbi yardım göstərməsinə qarşı çıxıb. Konqresmen çıxışında iddia edib ki, Bakı “aqressiyaya görə məsuliyyət daşıyır” və bu səbəbdən ABŞ-ın siyasəti dəyişməlidir.

Şermanın sözlərinə görə, Vaşinqton Ermənistanın təhlükəsizliyi üçün daha sərt mövqe tutmalı və İrəvana “ədalətli və real təhlükəsizlik zəmanətləri” verməlidir. O, Azərbaycanın hazırkı siyasətini tənqid edərək, bütün erməni əsirlərin dərhal azad olunmasının vacibliyini vurğulayıb.

Konqresmen həmçinin bəyan edib ki, əsirlər azad olunana qədər “Azadlığa Dəstək haqqında” qanunun 907-ci maddəsi – Azərbaycana hərbi yardımı qadağan edən müddəa – ləğv edilməməlidir.

Xatırladaq ki, 907-ci maddə ABŞ Konqresi tərəfindən 1992-ci ildə qəbul edilib və uzun illər Azərbaycana hərbi yardımın qarşısını alıb. Bu müddəa yalnız 2002-ci ildən sonra müəyyən hallarda prezidentin qərarı ilə dayandırıla bilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR