İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Avropalılara parazit...” – Meloni ilə görüşdə qalmaqallı sual

ABŞ prezidenti Donald Tramp İtaliyanın baş naziri Corca Meloni ilə görüşündə Avropalıları “parazit” adlandırdığına dair yayılan iddiaları təkzib edib.

Musavat.com xəbər verir ki, jurnalistlərin “Avropalıları parazit adlandırmısınızmı?” sualına cavab verən Tramp bildirib: “Mən belə bir söz deməmişəm. Əslində, nədən danışdığınızı belə bilmirəm”. Bu cavab Meloninin diqqətli baxışları fonunda səsləndirilib.

Qeyd edək ki, bu qalmaqallı ifadə birbaşa Trampın dilindən çıxmasa da, onun komandası daxilində belə fikirlər səsləndirilib. “Signal” adlı gizli söhbət qrupunda Trampın ən yaxın adamı, ABŞ -ın vitse - prezidenti Cey Di Vens avropalıları “parazit” kimi xarakterizə edib. ABŞ müdafiə naziri Pit Hegset isə bu fikrə dəstək verdiyini ifadə edib.

Musavat.com həmin anların videosunu təqdim edir.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR