İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp amerikalı yazıçını məhkəməyə verdi - təcavüz olayı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp onu təcavüz və böhtanda ittiham edən yazıçı Elizabet Cin Kerrolla qarşı qarşılıqlı iddia qaldırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ administrasiyasının keçmiş rəhbəri Kerrollu zorlama iddialarına görə onun reputasiyasına xələl gətirməkdə ittiham edir.

tramp.jpeg (332 KB)

Qeyd edək ki, bu yaxınlarda eks-prezident CNN-in efirində yazıçını “dəli”, onun arqumentlərini “uydurma”, iddiasını isə “saxta” adlandırıb. Bu iş üzrə icraatın başlanması 2024-cü ilin yanvar ayına təyin edilib. Kerroll Trampdan 10 milyon dollar təzminat tələb edir.

Mayın 9-da Nyu-Yorkda keçirilən məhkəmə icasında münsiflər heyəti Kerrollun Trampa qarşı qaldırdığı iddia ərizəsinin bir qismini (böhtan hissəsi) təmin edib. Bununla bərabər, məhkəmə keçmiş prezidenti təcavüz məsələsində təqsirli hesab etməyib. Ağ Evin keçmiş rəhbəri Kerrolla 5 milyon dollar ödəməlidir.

Xatırladaq ki, 2019-cu ildə bir neçə tanınmış qəzetə köşə yazıları yazan Kerroll 1995-ci ilin sonu və ya 1996-cı ilin əvvəlində Nyu-York şəhərinin mərkəzindəki mağazanın paltardəyişmə otağında Trampın ona təcavüz etdiyini iddia edən bir kitab çıxarıb. Ötən ilin noyabrında yazıçı eks-prezidentə qarşı yeni iddia qaldıraraq onu böhtan atmaqda və zorlama faktını inkar etməkdə suçlayıb. Tramp bu ittihamları dəfələrlə rədd edib.

yazici.jpeg (76 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR