Onlayn ictimai-siyasi qəzet
Qəbələdə meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.
Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Nohurqışlaq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1986-cı il təvəllüdlü Məmmədov Orxan İkram oğlunun dağlıq ərazidə hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər çətin keçidli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər",- deyə məlumatda qeyd edilib.
Musavat.com
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ