İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mənə kimsə ev versə…” – Elza sponsorlara səsləndi

Əməkdar artist Elza Seyidcahan sponsorlardan gileylənib.

Musavat.com xəbər verir ki, bu barədə sənətçi “Pərvizə görə”də danışıb. O bildirib ki, sponsorlar sənətə yatırım etmirlər:

“Təəssüflər olsun ki, indi sponsorlar yatırımı daş-divarlara edirlər. Demək istəyirəm ki, bu pul o qədər şirindir ki... Bunu hər müğənniyə demirlər, amma mənə ağıllı insanlar deyirlər ki, iş adamları hara baxırlar? Sənin sənətin xalqımıza, gələcəyimizə, bəşəriyyətə lazımdır. Ağıllı insan Elzanın sənətinə yatırım edər, həm savab qazanar, həm pul. Binalar tikirlər, ya sata bilirlər, ya yox. Hətta bir şeirim də var, deyir, adamsız evlər ağlayır, ərsiz arvadlar kimi... Mənim kimi bəstəkar evsizdir, istəsəm, birini verməzlər. Halal xoşları olsun, bəlkə də yadından çıxarıb, neçə evi var. İnsan gərək Allah qarşısında savab etsin, xalqı üçün tarixdə qalan iş görsün. Mənə kimsə ev versə, tarixdə qalacaq ki, Elza Seyidcahana ev verdi. Bizim ağıllı iş adamlarımız var, mənim simamda istedadlı insanlara yatırım etsinlər, hansı ki, onlarda yenilik var. Kimisə sevib, aşiq olub deyə yox... Sənətə yararsız insanları, virusları gətirirlər, böyük günah qazanırlar”.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR