Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərin araşdırılmasını dayandırmaq qərarına gəlib.
Musavat.com xəbər verir ki, “The Washington Post” qəzetinin yazdığına görə, Tramp administrasiyası Rusiya Silahlı Qüvvələrinin Ukraynada həyata keçirdiyi hərbi cinayətlərə dair araşdırma təşəbbüsünü rəsmi şəkildə dayandırıb.
Nəşr iki mənbəyə istinadən bildirir ki, eyni zamanda bu məsələ üzrə fəaliyyət göstərən koordinatorun vəzifəsi də ləğv olunub. Bu addım beynəlxalq hüquq və insan hüquqları təşkilatları arasında narahatlıq doğurub.
Qərarın motivləri açıqlanmasa da, ekspertlər bunun Vaşinqtonun Moskva ilə münasibətləri gərginləşdirmək istəməməsi ilə bağlı ola biləcəyini ehtimal edirlər.
Musavat.com
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ