İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ad gününü Vaşinqtonda 6 kilometrlik hərbi paradla qeyd etmək istəyir

ABŞ prezidenti Donald Trampın administrasiyası iyunun 14-də Amerika paytaxtında hərbi parad keçirməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı “Hill” qəzeti mənbələrə istinadən yayıb.

Bildirilir ki, tədbir Amerika quru qüvvələrinin 250 illiyinə və Trampın doğum gününə təsadüf edəcək. İyunun 14-də onun 79 yaşı tamam olacaq. Washington City Paper-in məlumatına görə, Pentaqondan Ağ Evə qədər parad iştirakçılarının hərəkət xəttinin uzunluğunun 6 km-dən çox olacağı gözlənilir.

Tramp ABŞ prezidenti kimi ilk müddətində Vaşinqtonda genişmiqyaslı hərbi parad təşkil etmək niyyətində olduğunu bəyan edib. Səlahiyyətlilər, xüsusən, onun 2018-ci ilin noyabrında keçirilməsi imkanlarını müzakirə ediblər. Ehtimal edilirdi ki, paradda 5-7 min hərbçi iştirak edə bilər. Hərbi texnika və aviasiyadan istifadə ediləcəyi gözlənilirdi. KİV-in hesablamalarına görə, xərc təxminən 92 milyon dollar olacaqdı.

Lakin Tramp sonda tədbirin ləğv olunduğunu elan edib. O, bunu onunla izah edib ki, paytaxt hakimiyyəti paradın təşkilindən maddi mənfəət əldə etmək fürsəti görüb və “absurd yüksək qiymət” təyin edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR