İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: ABŞ-ın İrana hücumundan DANIŞDI

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ-ın vaxtilə İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqda mühüm rol oynayıb.

Musavat.com xəbər verir ki, Ağ Evdə prezident kabinetinin iclasında çıxış edən Tramp həmin hücumu “çox vacib” adlandırıb:

“Əgər o əməliyyat həyata keçirilməsəydi, çox güman ki, bu gün İran artıq nüvə silahına, hətta çoxsaylı nüvə başlıqlarına sahib olardı”, – deyə ABŞ lideri bildirib.

Tramp həmçinin xatırladıb ki, Vaşinqton İran İslam Respublikasına qarşı sərt sanksiyalar tətbiq edib. Bununla belə, o vurğulayıb ki, ABŞ İranın öz ölkəsini bərpa etməsinə qarşı deyil:

“Biz istəyirik ki, onlar ölkələrini yenidən qursunlar. Amma onlara nüvə silahına sahib olmaq icazə verilə bilməz”, – prezident əlavə edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR