İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp 4 milyard dollar itirdi

Bu ilin mart ayında “Trump Media & Technology Group”un səhmləri birjaya çıxdıqdan və sürətlə bahalaşdıqdan sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampın şirkətdəki payının dəyəri 6 milyard dolları keçib.

Musavat.com CBS News-a istinadən xəbər verir ki, təxminən altı ay sonra - itkilər və azalan gəlirlər fonunda bu sərvət 2 milyard dollardan da aşağı düşüb.

Aylarla davam edən eniş səhmlərin dəyərinin mart ayı ilə müqayisədə 70 faizdən çox aşağı düşməsinə səbəb olub. “Trump Media & Technology”nin ən böyük səhmdarı kimi Tramp ən çox itkilərə məruz qalıb. Azalma kağız üzərindədir, çünki o, hələlik heç bir səhmini sata bilmir. Tramp “Trump Media & Technology Group”un təxminən 60 faizinə sahibdir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR