Onlayn ictimai-siyasi qəzet
Döyüşlər zamanı evlərini tərk etmiş Ukrayna vətəndaşlarının əhəmiyyətli hissəsi Rusiyanın ələ keçirdiyi bölgələrə qayıtmaq arzusunu ifadə edib. Ukraynanın “Strana.ua” nəşri öz Teleqram kanalında yazıb. Bildirilir ki, bəzi Ukrayna vətəndaşları öz doğma torpaqları üçün ürəkdən darıxırlar, bəziləri isə Rusiya qanunvericiliyinə uyğun olaraq öz mənzillərinə sahib olmaq barədə düşünürlər.
Qeyd olunur ki, evləri dağılan şəxslər təzminat ödənişləri üçün müraciət etməyi gözləyir. Eyni zamanda, bildirilir ki, bəzi qaçqınlar burada əbədi qalmaq ümidi ilə Rusiyaya köçmək barədə düşünürlər. Onların əksəriyyəti əmək bazarında tələbat olan ixtisaslara sahibdir.
Rusiya Silahlı Qüvvələrinin “Qərb” qoşunlar qrupu Kupyansk istiqamətindən geri çəkilib. Bu barədə rusiyalı hərbi bloger Yuri Podolyak məlumat yayıb. “Qərb” qrupunun komandanlığı Kupyanskda düşmən qüvvələrinin çaşqınlığı nəticəsində yaranmış fürsətdən istifadə edə bilmədi. Düşmən bizi şəhərin şimal-şərq kənarından vurmağa müvəffəq oldu, hətta Oskol çayının o tayında yaratdığımız və dünən genişləndirdiyimiz pladstarm da bizim üçün təsəlli ola bilməz”, - Podolyak bildirib.
Rus qoşunlarının Kupyansk istiqamətindən geri çəkilməsini Ukrayna Teleqram kanalları da təsdiqləyib. “DeepState” Teleqram kanalı Ukrayna ordusunun Kupyansk ətrafında təmizləmə işlərini başa çatdırdığını yazıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu və siyasi şərhçi Elçin Xalidbəyli “soyuq müharibə”ni və sülh imkanlarını müzakirə edir.
https://www.youtube.com/@musavattv
https://www.facebook.com/tvmusavat
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ