İnsanlara hürriyət, millətlərə istiqlal!

2025-ci ilin dövlət büdcəsi ilk oxunuşdan keçdi

Milli Məclisin plenar iclasında hökumətin iştirakı ilə iki gündür davam edən 2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ilk oxunuşda təsdiqlənib.

Musavat.com-un məlumatına görə, spiker Sahibə Qafarova çıxışların dayandırılması və layihənin səsə qoyulması barədə təklifləri nəzərə alıb.

Bildirib ki, müzakirələrdə 51 nəfər çıxış edib. Sədr digər deputatlara çıxışlarını yazılı formada təqdim etməyi tövsiyə edib.

Bundan sonra qanun layihəsi səsverməyə çıxarılıb. 109 lehinə, 1 bitərəf olmaqla layihə təsdiqlənib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR