Onlayn ictimai-siyasi qəzet
Yaponiyada bəy toydan bir gün əvvəl bilib ki, gəlini ondan 25 yaş böyükdür.
Məlumata görə, Yoşitake adlı bir oğlan Aki ilə tanış olanda 29 yaşı vardı. Onlar ilk görüşdən çox ortaq cəhətləri olduğunu görüb tezliklə görüşməyə başlayıblar. Oğlan qadının özündən böyük olduğunu bilsə də, aralarındakı fərqin cəmi iki-üç il olduğunu düşünərək heç vaxt onun yaşı ilə maraqlanmayıb. Bir müddət sonra cütlük evlənmək qərarına gəlib.
Toya bir gün qalanda Aki bəyə ondan 25 yaş böyük olduğunu deyib. Qadının sözlərinə görə, Yoşitakenin kobud reaksiya verməsindən qorxsa da, bəy bu məlumatı sakitliklə qəbul edib.
"Mən sizin əsl yaşınızla heç maraqlanmıram, fərqi yoxdur" deyə bəy cavab verib.
Toydan sonra cütlük Yaponiyanı səyahətə çıxıblar.//Lent.az
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ