İnsanlara hürriyət, millətlərə istiqlal!

Toplum TV-nin ofisində axtarış aparıldı - DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi Toplum TV-də axtarış aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.

Musavat.com xəbər verir ki, “Report”un sorğusuna cavab olaraq DİN mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Elşad Hacıyev bildirib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

“Əlavə məlumat veriləcək”, - E.Hacıyev deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Toplum TV ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2025

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR