Onlayn ictimai-siyasi qəzet
Bakıdakı məşhur restoranlardan olan "Tonqal"da 85 min manatlıq ətin pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə restoranın kuryeri Radiq Mehdiyev və kababçı Natiq Qardaşova hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli biliniblər.
İstintaq müddətində həbsdə saxlanılan N.Qardaşov 5 min manat cərimə edilərək məhkəmə salonundan azadlığa buraxılıb. Polisin nəzarəti altında olan Radiq Mehdiyevə də 5 min manat cərimə cəzası verilib.
Bildirilib ki, məhkəmə prosesində zərərçəkmiş iş adamı, “Tonqal” restoranının icarədarı Şəmsəddin Hüseynov təqsirləndirilən şəxslərin artıq dəymiş ziyanı ödədiklərini bildirib və onlarla bağlı şikayətini geri çəkib.
Qeyd edək ki, bir müddət əvvəl R.Mehdiyev və N.Qardaşovun ailə üzvləri məsələ ilə bağlı saytımıza müraciət etmişdi. Onlar adıçəkilən şəxslərin günahsız olduğunu iddia edərək restoran rəhbərliyinin ittihamlarının əsassız olduğunu bildirirdilər.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ