Onlayn ictimai-siyasi qəzet
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) Misirə tətilə yollanıb.
Birhəftəlik istirahətini başa vurub Şarm-əl-Şeyxdən Bakıya geri qayıdan Tolik beynəlxalq hava limanında gərgin və xoşagəlməz anlarla üzləşib.
Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Tolik bildirib ki, sözügedən hava limanının əməkdaşları sərnişinlərə qarşı hörmətsiz davranış göstərir və aeraportda antisanitar şərait höküm sürür:
“Şarm-əl-Şeyx hava limanı çox pintidir. Hava limanının əməkdaşları ayaqqabı geyinir, amma sərnişinlərə ayaqqabılarını çıxarılmasını və ayaqyalın olmalarınə tələb edirlər. İnsanlara qarşı çox pis rəftar var. "Azərbaycan" sözünü deyəndə başlarına daş düşür. Bilmirəm niyə? Bu təhlükəsizlik deyil, murdarçılıqdır”. (Yenisabah.az)
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ