Onlayn ictimai-siyasi qəzet
Tofiq Yaqublunun barəsində olan cinayət işi üzrə istintaq yekunlaşıb.
Bu barədə “Report”a onun vəkili Nemət Kərimli məlumat verib.
Qeyd edək ki, Tofiq Yaqublu ötən il dekabr ayının 14-ü saxlanılıb. O, külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda və bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.
Onun barəsində ötən ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ