İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiqran Abramyandan Paşinyanla bağlı növbəti İTTİHAM  


Paşinyanın partiyası 2018-ci ildə Qarabağı təslim etməkdən peşmançılığını dilə gətirir. Bu isə Ermənistan üçün ikiqat faciə deməkdir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin revanşist deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Təəssüf ki, “Vətəndaş sazişi”nin Qarabağla bağlı etdikləri artıq dəhşətli reallıqdır.
Sabah, bir ay və ya bir ildən sonra Paşinyan başqa ərazini verəndə bu sözləri də deyə bilər: Bizə suveren, legitim dövlətə sahib olmaq üçün təkcə İrəvan kifayətdir”.

Vəziyyətin fəlakətli xarakteri həm də ondan ibarətdir ki, “Vətəndaş sazişi” elitasının pərdə arxasında nəyə razılaşdığını, güzəşt siyasətinin harada və nə vaxt bitdiyini heç kim bilmir?”,-deyə Abramyan yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR