Onlayn ictimai-siyasi qəzet
Ermənistandan, bəzi hallarda isə Rusiyadan istər ekspert, istərsə də rəsmi səviyyədə gələn açıqlamalar pozulmuş münasibətləri düzəltmək yerinə onu kökündən qoparmağa xidmət edir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Moskvada keçirilən Beynəlxalq “Lazaryan Klubu”nun altıncı iclasında erməni revanşist deputat Tiqran Abramyan deyib.
“Rusiya Federasiyası ilə Ermənistan Respublikasının eyni gəmidə ola biləcəyi ilə bağlı əsas faktorlar dəyişibmi? Mən Rusiya Federasiyasından oxşar bəyanatlara tez-tez rast gəlirəm ki, Ermənistan Respublikasının hazırkı hakimiyyəti və onun rəhbəri Ermənistan-Rusiya münasibətlərini ardıcıl olaraq pozur və ya zədələyir. Amma problem ondadır ki, Rusiyanın Cənubi Qafqazda və xüsusən də Ermənistandakı siyasəti bəzən prosesin belə ifrat istiqamətdə getməsinə səbəb olur”,-deyə Abramyan bildirib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ