İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiktoker “Roşka” hakim qarşısında - Foto  

"TikTok" sosial şəbəkəsində “Roşka” ləqəbi ilə tanınan Rövşən Süleymanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları müəyyənləşdirilib.

Təqsirləndirilən şəxsin müdafiə tərəfi Mircəlal Muradlı bir neçə vəsatətlə çıxış edib. O, müdafiə tərəfinin təqdim etdiyi sübutların iş materiallarına əlavə olunmasını və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.

Vəkil həmçinin cinayət işinin ibtidai istintaq orqanına qaytarılması ilə bağlı da vəsatət verib.
Məhkəmə vəsatətləri təmin etməyib və işin mahiyyəti üzrə baxışa verilməsi barədə qərar qəbul edib.

Baxış iclası 2025-ci il iyulun 22-nə təyin edilib.

Qeyd edək ki, Rövşən Süleymanov 2025-ci ilin yanvar ayında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Rövşən Süleymanova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (Satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma; külli miqdarda törədildikdə) ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, o, daha əvvəl 45 sutka inzibati qaydada həbs edilmişdi.

İnarə Hünbət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR