Onlayn ictimai-siyasi qəzet
Naxçıvanda “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında yarışlar təşkil edən şəxslərə qarşı da polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Tiktokerlərin iştirakı ilə təşkil olunan və qaliblərə 10 000 manat pul mükafatı vəd olunan yarışmalarda baş verənlərin canlı yayımlanması vətəndaşların narazılığına səbəb olub.
Bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “adel085” səhifəsinin admini Nurəddin Babayev və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
Məlumatı Naxçıvan MR DİN-in Mətbuat xidmətindən təsdiqləyiblər. Bildirilib ki, oyunları təşkil edən şəxs barəsində 20 sutka inzibati həbs qərarı verilib.
Digərləri barədə araşdırmalar davam etdirilir./Qafqazinfo.az/
29 Dekabr 2024
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ