İnsanlara hürriyət, millətlərə istiqlal!

“TikTok” qadağan olunur: Yeni qanun layihəsi hazırlanır

ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri “TikTok” sosial şəbəkəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır.

Bu barədə Amerikanın “The Hill” qəzeti bildirib. Aydınlaşdırılır ki, bu layihənin müəllifləri demokrat Raca Krişnamurti və respublikaçı Mayk Qallagerdir. Onların fikrincə, “TikTok”un sahibi olan Çin şirkəti “ByteDance” “xarici hücumçuların nəzarəti altındadır”.

Nəşr qeyd edib ki, qanun layihəsi qəbul olunarsa, bu cür hərəkətlər şirkəti ÇXR-dən imtina etməyə məcbur edəcək. Əks halda, bu platforma ABŞ-da qadağan edilə bilər.//Publika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR