İnsanlara hürriyət, millətlərə istiqlal!

“TikTok” açdığı üçün sevgilisini döymüşdü - Bu cəzanı aldı

Biləsuvarda 32 yaşlı Kənan (ad şərtidir) qeyri-rəsmi ər-arvad münasibətində olduğu Güləri (ad şərtidir) döyüb. Buna səbəb Gülərin “TikTok” hesabı açması olub.

Musavat.com xəbər verir ki, Kənanla Gülər uzun illər birlikdə yaşayıblar.

Kənan “TikTok”da olan zaman Gülərin paylaşımlarını görüb. Gülərin ondan xəbərsiz “TikTok”a daxil olması Kənanı qəzəbləndirib.

Kənan Gülərin yanına gedərək onu döyüb. Masanın üzərindəki çayı onun üzünə atıb. Gülər polisə müraciət edib. Kənan barəsində sağlamlığa qəsdən yüngül zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq zamanı Kənanla Gülər barışıb. Kənan barəsində 6 ay müddətinə islah işləri növündə cəza təyin edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR