İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tik-tok”da başlayan davaya məhkəmədə qiymət verildi – 6 il həbs!

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan vətəndaşı Əmrah Əmrahovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Əmrahov xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirli bilinirək 6 il müddətinə azadıqdan məhrum edilib.

Musavat.com xəbər verir ki, ittihama görə Əmrahovu həbsə aparan hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.

Əmrah Əmrahov “Tik-Tok” sosial şəbəkəsində Ömər Bəbirovun tanışının videosundan altından rəy yazıb. Bu zəmində aralarında mübahisə yaranıb. Virtual məkanda başlanan söz davası real aləmə transfer olunub. Xətai rayonu ərazisində yerləşən məktəblərin birinin həyətində görüşən tərəflər mübahisəni üzbəsurət davam etdiriblər. Əmrah Əmrahov başı ilə Ömər Bəbirovun sifət nahiyəsindən zərbə vurub, ardınca isə bıçaqla döş qəfəsinə zərbə endirib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Əmrahov özünü qismən təqsirli bilib. Deyib ki, işdə olduğu zaman “Tik-tok”da bir şərhə cavab yazıb. Bundan sonra Ömər Bəbirov onu görüşə çağırıb. 261 nömrəli tam orta məktəbin həyətində baş tutan görüş zamanı Ömər Bəbirov onun üstünə yeriyib: “Qorxaraq onu bıçaqla vurdum. Əməlimdən peşmanam. Hadisədən sonra zərərçəkmişlə barışmışam, ona vurulmuş ziyanı ödəmişəm və bu səbəbdən də Ömər Bəbirovun heç bir şikayət və tələbi yoxdur”.

Məhkəmə Əmrah Əmrahovu Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə təqsirli bilib və o, məhkəmə zalında həbs olunub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR