Onlayn ictimai-siyasi qəzet
Avropanın Fransa və İngiltərədəki seçkilərə başı qarışdığı bir vaxtda daha vacib işlər baş verib. Bu da Avropa Birliyi və Çin arasında genişmiqyaslı ticarət savaşının başlaması ilə bağlıdır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti yazıb
AB, avtomobil sənayesini xilas etmək üçün ümidsiz bir cəhdlə Çin elektrikli avtomobillərinə yeni tarifləri tətbiq etdikdən sonra, Çin Avropadan gələn donuz ətinə eyni sanksiyaları həyata keçirməyə başladı.
“Biz iki blok arasında şiddətli qarşıdurmaya səbəb olacaq şeyin başlanğıcındayıq. Və problem aydındır: Avropa çox güman ki, məğlub olacaq. Çünki Avropa Birliyi bölünmüş vəziyyətdərir, dəqiq strategiyası yoxdur və zəifləmiş iqtisadiyyatı artıq mübarizə aparmaq gücünə malik deyil. Qərb Çinə qarşı durmalıdır, lakin Böyük Britaniya gəlsə belə Avropanın bunu təkbaşına həyata keçirəcək gücü yoxdur”,-deyə qəzetin yazarı Metyu Lin yazıb.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ