Onlayn ictimai-siyasi qəzet
19 yaşlı Asiya və 25 yaşlı Mədinə qorxu evində faciəvi şəkildə ölüb.
Milli.Az Mirror-a istinadla xəbər verir ki, dəhşətli hadisə Dağıstanda, Maxaçqalada baş verib.
Qorxu evində əylənmək istəyən iki qız yanğın nəticəsində ölüblər. Hadisə vaxtı onlar stullara bağlı halda olublar. Belə ki, oyunun şərtlərinə görə onların əl-qolları stula bağlanır, açar gizlədilir. İşlərin tərs getməsi nəticəsində və otaq qaranlıq olduğu üçün oradakı qaz balonu aşıb, əl-qolları bağlı olan qızlar yanaraq ölüblər.
Qeyd edək ki, Asiya bu yaxınlarda ailə qurub. O, qorxu evinə əri ilə birlikdə gedib. Səid adlı əri hazırda xəstəxanadadır, vəziyyəti ağırdır. Səid Asiyanın ölümündən xəbərsizdir.
Mədinə isə fitnes məşqçisi olub.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ