İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarədə dava düşdü - Bakıya məcburi eniş etdi - VİDEO

Dubay-Moskva reysi ilə uçan sərnişinlər itaətsiz sərnişini özləri saxlayıblar. 

Musavat.com lent.az-a istinadən xəbər verir ki, kişinin nalayiq davranışı ucbatından təyyarə Bakıya enməyə məcbur olub və təyyarəyə azərbaycanlı polis əməkdaşları cəlb olunub.

Dubay-Moskva reysi Bakıda uğurla eniş edib. Polis qarışıqlıq yaradan şəxsi təyyarənin salonundan çıxarıb.

Təyyarəyə mindikdən dərhal sonra bir neçə polis əməkdaşı gələrək Aleksandrı saxlayıblar. Görüntülərə əsasən, həmin şəxs döyülməsi barədə polisə şikayət edib.

Hazırda polis "Aeroflot"un ekipajını dindirir, qalan sərnişinlər isə təyyarədə oturaraq Moskvaya aparılmağı gözləyirlər. Onlara 30-40 dəqiqəyə uçuş vəd ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR