Onlayn ictimai-siyasi qəzet
Aktau yaxınlığında qəza keçirmiş təyyarədən sağ çıxan sərnişinlərdən Subxonkul R. və Zaur M. hadisənin təfərrüatlarını bölüşüblər.
Musavat.com xəbər verir ki, sərnişinlərdən biri, Sübxonkul R. qəza anlarını telefonla lentə aldığını və təyyarədə partlayışın baş verdiyini təsdiqləyib. O, stüardessaların peşəkar və təmkinli şəkildə hərəkət etdiklərini də vurğulayıb.
Digər şahid, Zaur M. qəza zamanı iki güclü zərbə səsinin eşidildiyini bildirib. O, qeyd edib ki, təyyarə yerə düşərkən sərnişinlər arasında heç bir çaxnaşma olmayıb. Fəlakət baş verdikdən sonra bəzi sərnişinlər təşvişə düşüblər və onlara Zaur da daxil olmaqla digər sərnişinlər kömək göstərib.
Zaur əlavə edib ki, Qazaxıstanın fövqəladə hallar xidmətləri hadisə yerinə operativ şəkildə çataraq dərhal yardıma başlayıblar.
Qeyd edək ki, hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.
@@TVmusavat/104274@@
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ