İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tengiz”də təmiri başa çatdırmaq mümkün olmayıb

Qazaxıstanın ən böyük neft-qaz yatağı olan “Tengiz”də ötən il oktyabrın sonunda başlayan təmir işlərinin yanvarın ortalarınadək başa çatdırılması planlaşdırılır.

Musavat.com xəbər verir ki, məlumatı ölkənin Energetika Nazirliyindən “İnterfaks”a açıqlayıblar.

Nazirlikdən bildirildiyinə görə, layihənin operatoru hökumətə təmirin yanvarın 15-dək bitəcəyini deyib.

Qeyd edək ki, “Tengiz”də təmirin ilk olaraq noyabrın sonlarına qədər başa çatacağı elan olunmuşdu. Daha sonra bu müddət dekabrın sonuna çəkildi.

Xatırladaq ki, ötən il oktyabrın 26-da “Tengiz”dəki ikinci nəsil zavodunda “400 aqreqatının E-401A tullantı istilik qazanında” təmir işləri aparmaq üçün istehsal qismən dayandırılıb. Avadanlıqların yoxlanılması nəticəsində yerli korroziya zədələnməsi, həmçinin “proses axınına buxar sızması” aşkar edilib. Əvvəlcə təmirin noyabrın 23-də başa çatdırılması nəzərdə tutulmuşdu.

“Tengiz” neft-qaz yatağı Qazaxıstanın ən böyük yataqlarından biridir, Atırau vilayətində yerləşir, neft ehtiyatları 3,1 milyard ton təşkil edir. 2024-cü ilin yanvar-iyun aylarında yataqda 14,4 milyon ton (114,6 milyon barel) neft hasil edilib ki, bu da 2023-cü ilin birinci yarısı ilə müqayisədə 3,4 faiz azdır.

Layihənin operatoru olan Tengizchevroil LLP-nin iştirakçıları Chevron (50 faiz), ExxonMobil Kazakhstan Ventures Inc (25 faiz), KazMunayQaz vasitəsilə Qazaxıstan (20 faiz), LUKOIL (5 faiz) şirkətləridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR