Onlayn ictimai-siyasi qəzet
"Atam Fatmayi ərazisini çox sevirdi. Burada torpaq sahəsi almışdı ki, bura köçsün, yaşasın. Qismət olmadı. Tikdiyi ev yarımçıq qaldı. Biz evi tamamladıq. Bura bizə atamın xatirəsi kimi əzizdir. Atamın məzarı da buradadır".
Bu sözləri mərhum Xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov "Xəzər axşamı" verilişində deyib.
O, atasından qalan evi, əşyaları nümayiş etdirib. Turala aktyorun sevdiyi əşyaları nümayiş etdirib:
"Suviner yığmağı sevirdi. Qədimi və maraqlı əşyalar yığırdı. Müxtəlif növ ov bıçaqları yığırdı. Hansısa ğlkəyə gedirdisə, ordan bıçaq gətirirdi. Bir də fanar xoşlayırdı".
Qeyd edək ki, T.Adıgözəlov 2010-cu ildə 56 yaşında ürək çatışmazlığından vəfat edib. (Axşam.az)
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ