İnsanlara hürriyət, millətlərə istiqlal!

"Televiziya sən deyənlə "çalıb-oynamalıdır?"” - VİDEO

"Əgər bizim tərbiyəçimiz televiziyadırsa, onda atamızı-anamızı neyləyirik, elə hamı inkubator kimi böyüsün".

Musavat.com yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri şairə, aparıcı Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşdığı videoda deyib.

O, "televiziya tərbiyəçi rolu oynamalıdır" fikrinə qarşı çıxıb:

"Şəhərdə sorğu keçirirlər, hamı deyir, tərbiyə aşılayan verilişlərə baxmaq lazımdır.

Çoxdanıncı illərdə - televiziya, radio, sosial şəbəkələr olmayanda uşağı kim tərbiyə edirdi? Qanında xarablıq olmayanı, şəxsiyyətində pozğunluq olmayanı cəmiyyət niyə poza bilər ki?

Televiziya niyə tərbiyə yeri olmalıdır, sən deyənlə çalıb-oynamalıdır? Atamız-anamız hara baxır ki, bizi tərbiyə edir.

Tərbiyə insanın evindən gəlir. Evindən gələn köklü tərbiyəni cəmiyyət korlaya bilməz. Əgər bizim tərbiyəçimiz televiziyadırsa, onda atamızı-anamızı neynirik, elə hamı inkubator kimi böyüsün. Televizyanı da qoysunlar qabağına, desinlər, yetiş".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR