İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada müsəlman kuryerlərə donuz əti və spirtli içkilər daşımaq qadağan edildi

Rusiya Müsəlmanları Dini İdarəsinin Alimlər Şurası yeni fətva qəbul edib.

Musavat.com xəbər verir ki, sənədə əsasən, müsəlman kuryerlərə artıq spirtli içkilər, donuz əti, qumar atributları, bütlər, bütpərəstliklə bağlı əşyalar və halal olmayan ətlər daşımaq qəti şəkildə qadağan olunur.

Əsas qaydalar:

Kuryer bu tip sifarişləri götürməməlidir;

Əgər çatdırılma utilizasiya (zərərsizləşdirmə) məqsədilə aparılırsa və ya kuryer bağlamanın içindəkindən xəbərsizdirsə, bu, icazəli sayılır;

Əgər sifarişin tərkibində həm halal, həm də haram mallar varsa, əsas hissə halal olmalıdır;

Haram hissədən əldə olunan gəlir isə xeyriyyə məqsədilə verilməlidir.

Fətvada cəza mexanizmi barədə hələlik məlumat verilməyib. Yəni, bu qərarın nəzarət və cəzalandırma mexanizmi sonradan müəyyənləşdiriləcək.

Ekspertlər hesab edirlər ki, bu addım Rusiyada müsəlman icmasının artan sosial rolunu və “halal iqtisadiyyatı”nın genişlənməsini əks etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR