İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranla Moskva Rəşt-Astara dəmiryolunun tikintisi üzrə müqavilə layihəni yekunlaşdırırlar

Tehran və Moskva Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin həyata keçirilməsi üçün müqavilə layihəsi üzərində işləri başa çatdırırlar.

Musavat.com İranın “Tasnim” agentliyinə istinadən xəbər verir ki, Rusiya dəmir yolları nazirinin müavini Sergey Pavlov və İranın Rusiyadakı səfiri Kazem Cəlali arasında keçirilən görüşdə hər iki tərəf Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin həyata keçirilməsi üçün müqavilənin hazırlanmasına xüsusi diqqət yetirib.

Görüş zamanı hər iki tərəf Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (INSTC) çərçivəsində daşımaların inkişaf etdirilməsi yollarını müzakirə edib.

İranın Yollar və Şəhərsalma Nazirliyi bildirir ki, bundan əlavə, tərəflər İNSTC çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı ikitərəfli əməkdaşlığın tendensiyalarını nəzərdən keçiriblər.

Pavlov qeyd edib ki, Rusiyadan İran, Birləşmiş Ərəb Əmirlikləri və Hindistana kimyəvi gübrələrin və kömürün daşınması tarifini müəyyən etmək üçün Tehran və Moskva arasında danışıqlar davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR