İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran Dəməşqlə Moskvada belə BİRLƏŞDİ

Tehran və Dəməşq Suriyadakı siyasi və beynəlxalq hadisələri nəzərdən keçirib.

Musavat.com xəbər verir ki, xarici işlər nazirlərinin müavinlərinin (İran, Rusiya, Suriya və Türkiyə) dördtərəfli görüşündə iştirak etmək üçün nümayəndə heyətinin başçılığı ilə Moskvaya səfər edən İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş müşaviri Əli Əsgər Xaci, Suriya xarici işlər nazirinin müavini İman Susan və onu müşayiət edən nümayəndə heyəti bir araya gəlib.

Görüşdə tərəflər ikitərəfli münasibətlərlə bağlı son məsələləri, Suriyadakı siyasi və beynəlxalq hadisələri müzakirə ediblər.

Beləliklə, İran-Suriya yaxınlaşması sürətlə davam edir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR