İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski və Tramp arasında mühüm telefon danışığı – RAZILAŞDILAR! BUNDAN BELƏ...

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Tramp ilə telefon danışığında Ukrayna Silahlı Qüvvələrinin Rusiya enerji obyektlərinə hücumlarını dayandırmağa razılaşıb. Musavat.com bu barədə Bloomberg agentliyinə istinadən məlumat yayır.

Məlumata görə, hər iki lider atəşkəs rejiminin genişləndirilməsi və döyüş bölgəsində sakitliyin təmin olunması üçün əməkdaşlıq etməyə razılıq verib.

Tramp və Zelenski telefon danışığında həmçinin hava və dəniz məkanında “sakitlik rejimi”nin detalları barədə razılığa gəliblər. “Suspiľne” agentliyinin məlumatına görə, Ukrayna lideri Trampa cəbhədəki vəziyyət barədə ətraflı məlumat verib və tərəflər əsir dəyişdirmə məsələsini də müzakirə ediblər.

Zelinskiyə yaxın mənbənin (D. Qordon) bildirdiyinə görə, Ukrayna ümumilikdə Rusiyanın enerji obyektlərinə hücumların dayandırılması ideyasını dəstəkləyir, lakin qarşı tərəfdən də eyni addımın atılmasını tələb edir.

Musavat.com bildirir ki, bu telefon danışığı Trampın Rusiya prezidenti Vladimir Putin ilə apardığı müzakirələrin davamı kimi qiymətləndirilir. Atəşkəs və sülh danışıqları istiqamətində yeni irəliləyişlərin əldə edilib-edilməyəcəyi yaxın günlərdə məlum olacaq. 

Telefon danışığı barədə Zelenski də qısa açıqlama yayıb. Sitat: "ABŞ prezidenti Donald Tramp ilə pozitiv, çox məzmunlu və səmimi bir söhbətim oldu"

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Mart 2025

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR