Onlayn ictimai-siyasi qəzet
Prodüser və aparıcı Tarix Əliyev (Tolik) bu dəfə Novruz Bayramı ilə bağlı gözlənilməz bir açıqlama ilə gündəmə gəlib. Sosial media hesabında izləyicilərinə müraciət edən Tolik, öz dostlarından aldığı qəribə “bayram təbriki”ndən şikayətlənib.
Musavat.com bildirir ki, Tolik son iki gündə bəzi tanışlarının ona Novruz Bayramı münasibətilə kart göndərdiyini deyib. Lakin bu kartların üzərində sadəcə bayram arzuları deyil, papak şəkli və qapı döyüntüsü səsi olub. O, bunu əvvəlcə adi bir zarafat olduğunu düşünsə də, məsələ düşündüyündən daha ciddi olub.
“Bu, mədəni pul istəməkdir?” – sualını irəli sürən prodüser, illərlə davam edən Novruz ənənələrində papağın içərisinə şəkərbura, qoğal və konfet qoyulmasını normal qarşıladığını, lakin pul istəmək üçün belə bir üsulun qəbuledilməz olduğunu vurğulayıb.
“Pul istəyirsənsə, açıq de” – Tolik dostlarını sərt tənqid edərək bildirib ki, əgər kimsə maddi dəstəyə ehtiyac duyursa, bunu dolayı yollarla yox, açıq şəkildə söyləməlidir. O, bu cür davranışı “mədəni dilənçilik” adlandıraraq, dostlarına yaraşdırmadığını deyib.
Sosial mediada Tolikin bu çıxışı böyük müzakirələrə səbəb olub. Bəziləri onun fikirlərini dəstəkləsə də, digərləri isə bunun sadəcə Novruz zarafatı olduğunu bildirərək, Tolikin məsələni çox ciddiyə aldığını qeyd ediblər.
Xalidə Gəray
Musavat.com
20 Mart 2025
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ