İnsanlara hürriyət, millətlərə istiqlal!

İmamoğlunun ortaq olduğu şirkət nəzarətə götürüldü: hesablarına həbs qoyuldu

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başqanı Ekrem İmamoğlunun ortağı olduğu "İmamoğlu İnşaat Ticaret və Sanayi Anonim" şirkətinə İstanbul Cumhuriyyət Prokurorluğu tərəfindən əl qoyulub.

Musavat.com xəbər verir ki, başladılan genişmiqyaslı araşdırma çərçivəsində, Ekrem İmamoğlu və 99 digər şübhəli şəxsə "cinayətkar təşkilatın rəhbəri olmaq", "cinayətkar təşkilata üzv olmaq", "rüşvət", "mütəşəkkil fırıldaqçılıq", "şəxsi məlumatları qanunsuz əldə etmək" və "tenderə müdaxilə etmək" kimi ağır ittihamlar irəli sürülüb.

Həmçinin, İmamoğlu ilə yanaşı, İBB Baş Katibinin müavini Mahir Polat və Şişli Bələdiyyə başçısı Rəsul Emrah Şahan da "PKK/KCK terror təşkilatına yardım etmək" ittihamı ilə araşdırma altına alınıb.

Araşdırmalar çərçivəsində alınan MASAK hesabatlarına əsasən, Ekrem İmamoğlunun şəriki olduğu "İmamoğlu İnşaat" şirkətinə İstanbul Sulh Cinayət Məhkəməsinin qərarı ilə həbs qoyulub. 

İBB-dəki "terror və mütəşəkkil cinayətlər" araşdırmasında, indiyə qədər 87 nəfər saxlanılıb. Gözaltı qərarları əsasında əməliyyatlar həyata keçirilərək, aralarında Ekrem İmamoğlu, İBB Baş Məsləhətçisi Murat Ongun, Beylikdüzü Bələdiyyə Başçısı Murat Çalık, Şişli Bələdiyyə Başçısı Rəsul Emrah Şahan və müğənni Ercan Saatçinin də olduğu 84 şübhəli saxlanılıb.

Araşdırmalar davam edir və 19 şübhəlinin daha hələ də axtarıldığı bildirilib. Gözaltına alınan şəxslər İstanbul Təhlükəsizlik İdarəsinin "Vatan yerleşməsi"nə aparılıb və burada əməliyyatlar davam etdirilir.  

Mənbə: https://www.trthaber.com/haber/gundem/ibb-baskani-imamoglunun-ortagi-oldugu-sirkete-el-konuldu-901318.html

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Mart 2025

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR