İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Ordusu Qəzzada quru əməliyyatını bərpa etdiyini açıqlayıb

İsrail Ordusu Qəzza zolağı daxilində quru əməliyyatlarını bərpa edib və anklavın mərkəzi hissəsində yerləşən Netsarim dəhlizinə nəzarəti bərpa edib.

“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Son sutka ərzində İsrail ordusu təhlükəsizlik zonasını genişləndirmək və zolağın şimal və cənubunda qismən bufer zona yaratmaq məqsədi ilə Qəzza zolağının mərkəzi və cənubunda məqsədyönlü quru əməliyyatlarına başlayıb. Bu əməliyyat çərçivəsində İsrail qüvvələri Netsarim dəhlizinin mərkəzi hissəsinə qədər olan əraziləri növbəti dəfə nəzarətə götürüb”, - məlumatda deyilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Mart 2025

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR