Onlayn ictimai-siyasi qəzet
"Amansız və duyğusuz insanam. Maskalanmaq lazımdır. Xasiyyət dəyişmir".
Bu sözləri aparıcı İlqar Mikayıloğlu "Həftənin qonağı" verilişində deyib.
Aparıcı hərbi verilişdən şou xarakterli proqrama keçməsinin səbəbini açıqlayıb:
"Heç əyləncədən çıxmadım. Hərbi daha çox ürəyimə yatır. Vəziyyət şounu tələb edir. Əyləncəli verilişlər pul qazandırır. Amma dünya praktikasında əksidir. Xəbər jurnalistikanın beyni 24 saat işləyir".
Müğənnilərin kaprizindən danışan aparıcı "Hansı müğənni kapriz edirsə, bu, birinci və sonuncusu olur. Bəziləri deyirdi proqrama tək gəlməliyəm. Gəlməyəcəksiniz, bitdi. Kimsə maraqlıdırsa, tək çağırıram. Biri deyirsə, tək gəlirəm, amma başqa verilişdə 2-3 nəfərlə olur. Onun üçün mənim verilişimin qapısı bağlanır. Bəzən görəndə ki, dünyagörüşü sıfırdır, toxunmuram. Başqa verilişdə hürdürürlər onu. Özü hürməyə gedir. Bunun adını mənəviyyatına endirilən zərbə, hürmək qoymaq olar. Reytinq onun mənəviyyatından irəli gəlməlidir, hürməyindən yox".
İ.Mikayıloğlu sosial şəbəkədən qazandığı məbləği açıqlayıb:
"Sosial şəbəkədən 25-30 manat qazanıram. Amma həmin pulu çıxarda bilmirəm. Məqsədim söhbət etməkdir. Məni nə qədər söyürlüər. Nə qədər... Fikir vermirəm. Elə insana nəinki ətrafda, ailəsində belə fikir vermirlər. Onu eşitsinlər deyə, girir TikTok-da hamını söyür". (Axşam.az)
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ