Onlayn ictimai-siyasi qəzet
İstanbul Cümhuriyyət Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində məşhur müğənni Ercan Saatçı həbs olunub. Saatçının həbs olunma səbəbi hələlik açıqlanmayıb.
Sfera.az "Sözcü"yə istinadən xəbər verir ki, 13 mart 1968-ci ildə İstanbulda anadan olan Ercan Saatçı mandolin, akkordeon və skripka çalmağı bacarır.
"Haydarpaşa" Liseyində oxuyarkən məktəbin musiqi qrupunu yaradıb və musiqi yarışmalarına qatılıb. 1988-ci ildə İTÜ Türk Musiqisi Dövlət Konservatoriyasının Kontrabas fakültəsinə daxil olan Saatçı, o dövrdə "İzel-Çelik-Ercan" qrupunu yaradıb. 1990-cı ildə isə “Grup Vitamin”i yaratsa da, Gökhan Semizlə yaşadığı fikir ayrılıqları səbəbindən qrupdan ayrılıb.
Ercan Saatçı 1997-ci ildə Gülümsün Özkök ilə evlənib, amma 2009-cu ildə boşanıb. Cütlüyün Zeynep Saatçı və Sinan Ali Saatçı adlı iki övladı var.
20 Mart 2025
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ