İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Ukrayna müharibəsi bitmədən YENİ GƏRGİNLİK - ABŞ-dan şok həmlə

Ötən ilin fevralında Rusiya prezidenti Putinin verdiyi sərəncamla başlayan qanlı müharibə hələ də itkilərlə davam edir. Ancaq Ukraynadan minlərlə kilometr aralıda da müharibə ehtimalı var. Çin və Tayvan arasındakı gərginliyi azaltmaq mümkün deyil. Pekinin Yaponiya ilə problemləri də regional münaqişə qorxusunu artırır.

Musavat.com xəbər verir ki, Tayvanın mümkün Çin işğalına qarşı hazırlıqlarını davam etdirdiyi bir vaxtda ABŞ-dan hədə-qorxu kimi bir addım gəlib. ABŞ Yaponiyanın Okinava şəhərində yeni dəniz alayı yerləşdirəcək.

Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin açıqlayıb. Amerikalı nazir yaponiyalı həmkarı ilə görüşdükdən sonra mətbuat qarşısına çıxıb: "12-ci Artilleriya alayının Yaponiyada qalmasına və 2025-ci ilə qədər 12-ci Dəniz Sahil Alayı olaraq yenidən təşkil edilməsinə qərar verdik".

Bu açıqlamadan qısa müddət sonra Böyük Britaniyanın baş naziri Rişi Sunak və yaponiyalı həmkarı Fumio Kişida ölkələrə bir-birinin ərazilərində hərbi qüvvələr yerləşdirməyə imkan verən müdafiə sazişi imzalayıb.

İngiltərə Baş nazirliyindən verilən açıqlamada iki ölkənin müdafiə və təhlükəsizlik əməkdaşlığını gücləndirəcək müqavilənin Böyük Britaniya və Yaponiya arasında 100 ildən çox müddət ərzində ən əhəmiyyətli müdafiə müqaviləsi olduğu vurğulanıb.

İngiltərənin Yaponiya ilə Qarşılıqlı Giriş Sazişi imzalayan ilk Avropa ölkəsi olduğu xatırladılan bəyanatda son addımın Böyük Britaniyanın Hind-Sakit Okean regionunun təhlükəsizliyini və sabitliyini təmin etmək əzmini gücləndirəcəyi vurğulanıb.

Qeyd edək ki, Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və Çin hökuməti “dinc yolla birləşmə” adı altında Tayvanın idarəçiliyini öz üzərinə götürmək istəyir, hətta bu məqsədlə güc tətbiq etməkdən çəkinməyəcəyini bildirir.

Bundan əlavə, digər ölkələrin Tayvanla rəsmi əlaqə saxlaması Çin tərəfindən suverenliyin pozulması kimi qiymətləndirilir.

Şərqi Çin dənizində Yaponiyanın "Senkaku" və Çinin "Diaoyu" adlandırdığı arxipelaq iki ölkə arasında gərginliyə səbəb olur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR