İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Ukrayna Krıma OD VURDU, 4 gündür YANIR, daha bir tanker PARTLADILDI - CANLI

Rusiyanın ilhaq etdiyi Krımın Feodosiya qəsəbəsində yanan neft anbarında daha bir tanker partlayıb. Sosial şəbəkə istifadəçiləri güclü yanğın sütununun bir neçə video və fotolarını yayıblar. Krımın rəhbəri Sergey Aksenov “Telegram” kanalında bazanın “ixtisaslaşdırılmış xidmətlərin əməkdaşları” tərəfindən mühasirəyə alındığını və evakuasiya zonasının artmayacağını bildirib.

Rusiya hakimiyyəti bir gün əvvəl baza ətrafındakı ərazidən 1137 nəfərin təxliyə edildiyini bildirmişdi. Ukraynaya məxsus pilotsuz təyyarələr oktyabrın 7-nə keçən gecə Feodosiyadakı Dəniz Neft Terminalını vurub.

Terminalda müxtəlif ölçülü 30-dan çox tanker var idi. Hücumdan bir gün sonra dərc edilmiş peyk görüntülərinə əsasən, həmin vaxt onlardan ən azı üç-dördü yanır - qara tüstü sütunları səbəbindən dəqiq rəqəmi müəyyən etmək çətindir.

Rusiyanın ilhaq etdiyi Krımın Feodosiya qəsəbəsində yanan neft anbarında daha bir tanker partlayıb. Sosial şəbəkə istifadəçiləri güclü yanğın sütununun bir neçə video və fotolarını yayıblar. Krımın rəhbəri Sergey Aksenov “Telegram” kanalında bazanın “ixtisaslaşdırılmış xidmətlərin əməkdaşları” tərəfindən mühasirəyə alındığını və evakuasiya zonasının artmayacağını bildirib.

Rusiya hakimiyyəti bir gün əvvəl baza ətrafındakı ərazidən 1137 nəfərin təxliyə edildiyini bildirmişdi.

Ukraynaya məxsus pilotsuz təyyarələr oktyabrın 7-nə keçən gecə Feodosiyadakı Dəniz Neft Terminalını vurub.

Terminalda müxtəlif ölçülü 30-dan çox tanker var idi. Hücumdan bir gün sonra dərc edilmiş peyk görüntülərinə əsasən, həmin vaxt onlardan ən azı üç-dördü yanır - qara tüstü sütunları səbəbindən dəqiq rəqəmi müəyyən etmək çətindir.

Bu və gündəmdəki bir çox xəbərlər aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR