İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Türkiyənin uğuru bu ölkəni TƏŞVİŞƏ SALDI: "Narahatıq..."

"Türkiyə Əsri" çərçivəsində sənaye başda olmaqla müxtəlif sahələrdə mühüm addımlar atılır. Milli Döyüş Təyyarəsinin anqardan çıxması Afinada çaxnaşma yaradıb.

Musavat.com xəbər verir ki, Yunanıstan Türkiyənin Milli Döyüş Təyyarələri ilə bağlı narahatlığını ifadə edib.

4 noyabr 2021-ci il tarixində istehsalına başlanan yerli və milli istehsal olan Milli Döyüş Təyyarələri (MMU) düz 498 gündə anqardan çıxıb. Yunan mətbuatı “Türkiyənin iddialı proqramının öz bəhrəsini verməyə başladığını” yazıb.

0 (70).jpg (36 KB)

TF-X kod adlı 5-ci nəsil prototip qırıcının gövdəsinin dekabr ayında tamamlandığı bildirilir, təyyarənin "gizli" xüsusiyyətlərə sahib olduğu vurğulanır.

Yunanıstan mediası yazır ki, F-35 kimi 5-ci nəsil döyüş təyyarələrinin bütün xüsusiyyətlərinə sahib təyyarə istehsal edən Türkiyə əhəmiyyətli bir şeyi sübut edib və bu, “Afinanı narahat edən bir inkişafdır”.

“Türkiyənin müdafiə sənayesi texnoloji cəhətdən daha inkişaf etmiş ölkələrin “sahələrinə” girir, bilik əldə edir və böyük gəlir qazanır” - yunan mətbuatı yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR