İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiyaya AĞIR ZƏRBƏ - Bir günə rekord itki...

Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə fevralın 24-ü başlayan müharibədə yeni gəlişmələr yaşanır. Rusiya ordusu bir müddətdir ki, müdafiə mövqeyindədir.

Musavat.com "Daily Mail"ə istinadən xəbər verir ki, müharibədə rollar dəyişib və Ukrayna bir gündə 1000-ə yaxın rus əsgərinin öldürüldüyünü açıqlayıb.

Bildirilir ki, bu, Rusiyanın bir gündə yaşadığı ən ağır itkidir.

Rəsmi məlumata görə, bu itki bazar günü baş verib. Açıqlamada müharibənin əvvəlindən bu yana həlak olan rus əsgərlərinin sayının 71 mini keçdiyi vurğulanıb.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski Krımı Xerson istiqamətində başlayan hücumdan bir neçə saat sonra geri alacağına söz vermişdi. Xersonun geri alınması Krım yolunu da açacaq.

Bu səbəbdən Xerson həm də “Krımın açarı” kimi qələmə verilir. Ukrayna bu bölgəni tez bir zamanda geri almaq və Krıma yol açmaq üçün mübarizə aparır.

Çünki hərbi ekspertlər qış aylarında irəliləyişin çətinləşəcəyini bildirirlər.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR