İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiyadan böyük hücumdan əvvəl KRİTİK HƏMLƏ - Belarusla birlikdə...

Rusiya qoşunları qonşu Ukraynada Belarusda hərbi təlimlər keçirəcək.

Musavat.com bu barədə Interfax-a istinadən xəbər verir.

Məlumata görə görə, qoşunların döyüş qabiliyyətinin və döyüşə hazırlığının yekun qiymətləndirilməsi taborun taktiki təlimləri başa çatdıqdan sonra ediləcək.

Təlimlərin nə vaxt və harada keçiriləcəyi açıqlanmayıb.

Oktyabr ayında Rusiya qoşunlarının Belarusa yeridilməsi Belarus qoşunlarının Ukraynadakı hücumlarına qoşula biləcəyi ilə bağlı qorxuları artırıb.

Ukrayna prezidenti Volodimir Zelenski ordunun bütün mümkün müdafiə ssenarilərinə hazırlaşdığını bəyan edib. O bikdirib ki, həm Rusiya, həm də Belarusla sərhədin qorunması ölkəsi üçün prioritet məsələdir.

Ukraynanın yüksək səviyyəli hərbi rəsmilərindən biri olan general-mayor Andrey Kovalçuk isə deyib: “Biz fevralın sonunda Belarus tərəfindən mümkün hücumu nəzərdən keçiririk”.

Qeyd edək ki, Rusiyanın Belarusu niyə müharibəyə cəlb etmək istədiyini şərh edən rusiyalı siyasi ekspert Stanislav Belkovsi Minskin bu addımının Ukraynanın böyük hücumunun qarşısını almaq məqsədi daşıdığını iddia edib.

Ukrayna mətbuatına açıqlama verən Belkovski deyib:

“Putinin hərbi qərargahı qarşıdakı qış aylarında yerin donduğu zaman Ukrayna ordusunun cənubdakı Melitopol şəhərinə yürüş edərək böyük bir hücuma keçəcəyini bilir. Rusiya ordunun Xersondan sonra Krım istiqamətində yeni fiasko yaşamasının qarşısını almaq və Ukraynanın əks-hücumunu ləngitmək üçün Belarus cəbhəsini gündəmə gətirməklə Kiyev ordusu qüvvələrini parçalamaq istəyir".

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR