İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Rusiyadan ABŞ-a NÜVƏ XƏBƏRDARLIĞI: “Görəcəksiz!!!” – Detallar “Canlı debat”da

“Vaşinqton Moskvanın məğlub olmasını istəyirsə, dünya qlobal münaqişə astanasındadır”.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqramda yazıb. O bildirib ki, Rusiya özünü istənilən vasitə ilə, o cümlədən nüvə silahı ilə müdafiə edəcək: “Əgər ABŞ Rusiyanı məğlub etmək istəyirsə, ondan bizim özümüzü bütün silahlarla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququmuz var”.

Xatırladaq ki, D.Medvedev daha əvvəl də Rusiyanın nüvə silahından istifadə etmək hüququnun olduğunu söyləyib.

Dnestryanı bu gün və ya sabah Ukrayna-Rumıniya ordusu tərəfindən ələ keçirilə bilər. Bunu rusiyalı politoloq Sergey Markov deyib. “Bu, ABŞ və Ukrayna prezidentlərinin planına əsasən, hərbi əməliyyatın ildönümündə “Putinin üzünə şillə” cavabı olacaq. Dnestryanı ərazilərin zəbti Baydenin Şərqi Avropaya səfərinin qələbə nöqtəsi ola bilər. Biz isə heç nəyə qarşı çıxa bilməyəcəyik, artıq bütün qoşunlarımız döyüş əməliyyatına cəlb olunub. Bu, sözün əsl mənasında bu gün və ya sabah baş verə bilər”, - o bildirib.

Markov qeyd edib ki, söhbət ilk növbədə Ukrayna ordusunun ehtiyacı olan sursat və silahların yerləşdiyi Kolbasna kəndindəki arsenalların ələ keçirilməsindən gedir.

Bu və gündəmdəki bir çox başqa sualları bu gün saat 15.00-də politoloq Turab Rzayevlə “Canlı debat”da müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:


https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR