İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rus ordusunun ƏN ZƏİF NÖQTƏSİ bəlli oldu - Qələbənin açarı artıq Ukraynanın əlindədir

Ukrayna 8 ay əvvəl - Rusiyanın təcavüzü başlayandan bəri ABŞ və digər Qərb ölkələrindən milyardlarla dollar dəyərində silah və resurslar alıb. Ən son texnologiyalarla təchiz olunmuş silahların Rusiya ordusunun irəliləməsinə mane olması, böyük itkilərə yol açması rus ordusunun müqavimət qarşısında zəifliyi ön plana çıxarıb.

Musavat.com xəbər verir ki, Ukrayna Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, general Viktor Xorenko "War on the Rocks" (Qayalar üzərində müharibə) adlı podkast epizodunda Rusiya ordusunun ən zəif nöqtəsini açıqlayıb.

ÜSTÜNLÜK UKRAYNAYA KEÇİR

_facebook_com_vova_kravchuk_1300x820.jpg (114 KB)

"Biz Rusiya ilə döyüşəndə ​​görürük ki, Rusiya qüvvələrinin böyük əksəriyyəti gecə əməliyyatları keçirmir. Biz bu boşluqdan istifadə etməliyik. Ukrayna əsgərləri gecə döyüş qabiliyyətlərini artırmaq üçün Qərbdən gələn gecəgörmə cihazları kimi qabaqcıl texnologiyalardan istifadə edə bilərlər. Gecə daha səmərəli hərəkət etməyi öyrəndikdən sonra bizə lazım olan bütün vasitələri əldə etməliyik" - xüsusi təyinatlıların komandiri bildirib.

Böyük təcrübəyə malik Xorenko onu da vurğulayıb ki, müharibə başlayandan bəri pilotsuz uçuş aparatları döyüş meydanında texnoloji qələbə qazanıb.

Son həftələrdə Moskva müharibədə fəlakətli uğursuzluqlarla üzləşir. Britaniya kəşfiyyatı qış aylarının gəlməsi ilə döyüş meydanında vəziyyətin dəyişəcəyinə dair hesabatlar təqdim edib.

Böyük Britaniyanın Müdafiə Nazirliyinin yaydığı kəşfiyyat hesabatında deyilir:

"Gündüz saatlarında temperatun və hava şəraitinin dəyişməsi döyüşdə əsgərlər üçün unikal problemlər yaradacaq. Yay aylarında 15-16 saat olan gün işığının indi sutkada 9 saatdan da aşağı düşməsi ilə üstünlük Ukrayna tərəfinə keçir".

RUSİYANIN XERSONDAN ÇƏKİLMƏSİNİN SƏBƏBƏLƏRİ

1665912747_1655797597_1655451229_1655361680_1653892325_1653370665_1648807506_1647774567_1647773727.623703b0ae04b623703b0ae04c1647772592623703b0ae047623703b0ae049.jpg (111 KB)

- Rusiyalı hərbi müşahidəçilərin fikrincə, geri çəkilmə qərarının əsas səbəbi Xersonda mülki əhalinin ilhaqçı ruslara boyun əyməməsi olub. Partizan hərəkatı genişlənməyə davam edib.

- İkinci mühüm səbəb Dnepr çayında “Kahovsk” bəndinin dağılmasıdır. Rusiya ordusunun qərargahının məlumatına görə, Ukrayna qüvvələri bəndi sökmək qərarına gəlsəydi, Xerson şəhərinin böyük bir hissəsi su altında qalacaqdı. Mümkün bənd ssenarisi Rusiya ordusunun əl-qolunu bağlayıb.

- Geri çəkilmə qərarının üçüncü səbəbi çayın şimal sahilinə sursat və təchizatın aparıldığı yolların bağlanmasıdır. Bu, rusiyalı hərbi ekspertlərin qənaətidir.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR