İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Putinin nüvə karvanı yola çıxdı - ŞOK İDDİA, ŞOK FOTOLAR

Rusiya Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinə bağlı konvoyun həftəsonu Rusiyanın mərkəzindən Ukraynanın cəbhə xəttinə getdiyi görüntülənib.

Musavat.com "New York Post"a istinadən xəbər verir ki, rusiyayönlü paylaşımlar edən “Rybar” Telegram kanalı bununla bağlı görüntülər yayaraq, böyük yük karvanının zirehli hərbi texnikanı Ukraynaya apardığını qeyd edib.

UKRAYNADAN ŞOK AÇIQLAMA: "PUTİN SİQNAL VERİR"

Hadisə bu vaxta qədər Rusiyanın növbəti hərbi göndərişi kimi görünsə də, ukraynalı müdafiə eksperti Konrad Muzikin açıqlamaları gündəmi çalxalayıb.

Konvoyun bağlı olduğu 12-ci Baş İdarənin nüvə silahları ilə birbaşa əlaqəli olduğunu qeyd edən Muzik deyib:

"Bu hərbi karvan Rusiya Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinə məxsusdur. Sözügedən idarə nüvə sursatları, onların saxlanması, daşınması və bölmələrə çatdırılmasına cavabdehdir".

Muzik iddia edib ki, Rusiya prezidenti Vladimir Putin son vaxtlar etdiyi təhdiddən sonra nüvə silahları proqramı üçün avadanlıq daşıyan karvanı işə salaraq Qərbə siqnal göndərməyə çalışır.

Buna baxçayaraq, ukraynalı ekspert görüntülərdə "atom bombası atılmasına hazırlıq" kimi işarələrin olmadığını da vurğulayıb.

QƏRB TƏŞVİŞ İÇİNDƏ

Rusiyadan yola düşən qatarda nüvə silahı avadanlıqları daşındığı iddiası böyük əks-səda doğurub, Qərb mediası məsələyə geniş yer ayırıb. ABŞ-ın müdafiə naziri Loyd Austin deyib ki, Putin Ukraynada nüvə silahından istifadə ilə bağlı hədə-qorxu gəlməklə “blef etmir”.

Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Josep Borrel "BBC"yə verdiyi açıqlamada müharibənin təhlükəli həddə çatdığını bildirib və Putinin blef etmədiyini vurğulayıb.

Qeyd edək ki, NATO-nun dünənki xəbərdarlığına görə, Putinin "qiyamət silahı" adlandırılan nəhəng nüvə sualtı qayığı "Belqorod" Ağ dənizdəki bazanı tərk edib. Bildirilir ki, "Belqorod" Arktika dairəsindəki əsas bazadan yoxa çıxıb və Poseydon nüvə bombasını sınaqdan keçirmək üçün Qara dənizə yola düşmüş ola bilər.

Qayığın Arktikaya yola düşdüyü ehtimal olunur. Həmçinin bildirilir ki, sınaqlar torpedonun su altında 10000 kilometr məsafə qət etmə gücünün yoxlanması məqsədi də daşıya bilər. Nüvə enerjisi ilə işləyən sualtı qayıq nüvə başlıqlı "Poseydon" torpedosu ilə təchiz edilib və böyük ərazidə həyatı məhv etmək qabiliyyətinə malik radioaktiv sunami yaratmaq gücünə malikdir və Nyu-York, Los-Anceles kimi şəhərləri məhv etməyə qadirdir. "Belqorod" sualtı qayığının göyərtəsində səkkizə qədər belə raket var.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR