Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın nüfuzlu “Axios” nəşri Ağ Evdəki mənbələrə istinadla Ermənistanın Zəngəzur dəhlizinin açılmasına və bu marşrutun Amerikanın nəzarətinə verilməsinə razılıq verdiyini bildirib.
Musavat.com xəbər verir ki, məlumata görə, 43,5 kilometr uzunluğundakı dəhliz “Donald Tramp – Beynəlxalq Sülh və Rifah Yolu” adlandırılacaq.
Bəzi dairələrdə bu adın Azərbaycanın milli maraqlarına zidd olduğu yönündə səthi yanaşmalar səslənsə də, əslində “Tramp Yolu” ifadəsi sırf diplomatik və beynəlxalq simvolikadır. Mahiyyət etibarilə bu yol Zəngəzur dəhlizi olaraq qalır və Azərbaycan üçün tarixi, siyasi və iqtisadi əhəmiyyətini tam şəkildə qoruyur.
Əsas məsələ odur ki, bu razılaşma ilə:
Zəngəzur dəhlizinə Rusiya hərbçiləri deyil, ABŞ şirkətləri və hərbi müşahidəçiləri nəzarət edəcək
Azərbaycanla Naxçıvan arasında, eyni zamanda Türkiyə ilə Türk dünyası arasında quru yol bərpa olunur
Rusiya, İran və Fransa kimi regionu öz təsir zonasında saxlamağa çalışan qüvvələrin qarşısına ABŞ çıxarılır.
Analitiklərə görə, bu, təkcə iqtisadi və logistik deyil, həm də geosiyasi zərbənin formalaşmasıdır. Cənubi Qafqazda Rusiya təkbaşına qalmır – artıq ABŞ da oyunçu kimi bölgəyə daxil olur.
Həmçinin, İranın və Fransanın müxtəlif separatçı və anti-Azərbaycan oyunlarına qarşı da real cavab formalaşır.
Azərbaycan uzun illər Zəngəzur dəhlizi ideyasını müdafiə edərkən, bu marşrutun Türk dünyasının strateji arteriyasına çevriləcəyini də bəyan edirdi. İndi bu yol reallığa çevrilir – özü də ABŞ-ın beynəlxalq zəmanəti ilə.
“Tramp Yolu” adlandırılması yalnız beynəlxalq diplomatik jestdir. Azərbaycanın suveren maraqları, siyasi hədəfləri və iqtisadi üstünlükləri bu dəhlizlə daha da güclənir.
Musavat.com xəbər verir ki, bu hadisə həm də Azərbaycanın diplomatik manevr imkanlarının nə qədər güclü olduğunu, Ermənistanın isə Rusiya qarşısında açıq şəkildə mövqe dəyişdirdiyini göstərir.
Zəngəzur dəhlizi ilə ABŞ gəlir, Rusiya geri çəkilir. Bu, yeni dövrün başlanğıcıdır.
ABŞ prezidenti Donald Tramp Azərbaycan və Ermənistan liderləri ilə bu gün keçirəcəyi görüşünü “tarixi sülh sammiti” adlandıraraq, özünü dünyanın aparıcı sülhməramlısı kimi təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “Axios” qəzeti yazıb.
Nəşrin bildirdiyinə görə, ABŞ-nin vasitəçiliyi ilə imzalanacaq saziş sülhü təmin etmək məqsədi daşıyır, həm də bu, mühüm iqtisadi komponentə malikdir:
“Ermənistan ABŞ tərəfindən hazırlanacaq və “Beynəlxalq Sülh və Rifah üçün Tramp Dəhlizi” adlandırılacaq 43,5 km-lik dəhlizin öz ərazisindən keçməsinə razılıq verib. Bu, Azərbaycanın əsas hissəsini Türkiyə sərhədindəki anklavı (Naxçıvan) ilə birləşdirəcək.
Maraqlıdır ki, dəhliz insanlar və malların İran və ya Rusiyadan keçmədən Türkiyə ilə Azərbaycan arasında və onun hüdudlarından kənara - Orta Asiyaya daşınmasına şərait yaradacaq. Hazırda bu, mümkün deyil, çünki Ermənistan-Azərbaycan sərhədi bağlıdır”.
Nəşr qeyd edib ki, İran bu layihənin qəti əleyhinədir, Rusiya da onu tənqid edib, Türkiyə isə lehinədir.
“Amerikalılar bu yolunu açmaqla, yeni ticarət çərçivəsində ildə milyardlarla dollar qazanacaqlar. Rusiya, İran və Çin öz “təsir zonaları” hesab etdikləri bölgədə təsirlərini itirirlər”, - məqalədə vurğulanıb.
“Axios” əlavə edib ki, ABŞ ilə danışıqlar zamanı Ermənistan dəhlizə qarşı müqavimətindən əl çəkib:
“Tramp administrasiyasının prosesdə iştirakı martda Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvadan Bakıya gözlənilməz səfəri ilə başlayıb. Səfərdən sonra Uitkoff diplomatik səylərə rəhbərlik etmək üçün komandasında xüsusi dövlət qulluqçusu olan Aria Litstonu təyin edib. Liqtston tərəflərlə danışıqlar aparmaq üçün bölgəyə beş səfər edib”.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız eks-xarici işlər naziri Tofiq Zülfüqarovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
28 Sentyabr 2025
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ