İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: DTX əməliyyat keçirdi - İcra başçısı, müavinləri SAXLANILDI

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub.

"Report"un əldə etdiyi xəbərə görə, onlar rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşma ilə bağlı araşdırma aparılır.

Hazırda DTX istintaq hərəkətlərini davam etdirir.

***

14:58

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.

Musavat.com "Report"a istinadən xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.

Hazırda onlar Bakıya gətirilir.

Qeyd edək ki, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin saxlanılması ilə bağlı məlumatı "News24.az" saytı yayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR