Onlayn ictimai-siyasi qəzet
“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışının qarşısı alınıb.
Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün metronun “Əhmədli” və “Həzi Aslanov” stansiyalarınına yaxın ərazilərdə keçirdikləri tədbirlərlə 7 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 147 kəsici-deşici alət aşkar olunaraq götürülüb.
Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ